Bakı,
Azərbaycan
07/11/2025
-
07/12/2025
İş haqqında məlumat
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil edir.
- İlkin mühasibat sənədlərinin hazırlanmasını həyata keçirir. Satış əməliyyatlarının mühasibat proqramına daxil edir və şöbə rəhbərinin verdiyi digər tapşırıqları həyata keçirir.
- Mal və xidmərt alışı sənədlərinin (elektron qaimə, hesablar və s..) yoxlanılıb mühasibat uçotu proqramına daxil olunmasına nəzarət edir;
- Aylıq, rüblük vergi bəyannamələrinin (ÖMV, ƏDV, Əmlak, Vahid bəyannamə və s.),
- Əmək haqqı hesablamaları ilə bağlı bütün əməliyyatların dəqiqliklə yerinə yetirir
- Mənfəət bəyannaməsinin tərtib və təqdim olunmasında maliyyə nəzarətçisinə lazımi köməklik edir.
- Statistika hesabatların dövlət orqanlarına təqdim edilməsini təşkil və nəzarət edir;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
- Debitorlarla (fiziki şəxslərlə) qarşılıqlı üzləşmələr aparır, onlara öhdəliklər barədə məlumatlar-bildirişlər göndərir, borcların yığılmasını təmin edir.
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir.
Biz təklif edirik:
- 1500 – 1700 AZN xalis əməkhaqqı;
- Məktəbin yeməkxanasında nahar imkanı;
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan maikl ünvanlarına CV formalarını göndərsinlər.
- E-poçtun mövzu hissəsində “Böyük Mühasib” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
- İngilis və Rus dillərində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- PMS, ACCA və ya CIMA sertifikatına malik olmaq və ya həmin istiqamətdə təhsil almaq arzuolunandır;
- Böyük mühasib kimi ən azı 2 illik iş təcrübəsinə sahib olmaq;
- Vergi və mühasibat uçotu üzrə qanunvericiliyi yaxşı bilmək;
- 1C proqramında sərbəst işləmə bacarığına sahib olmaq;
- Vergi, DSMF və statistika hesabatlarının hazırlanması istiqamətində təcrübəyə malik olmaq;
- Əmək haqqı hesablamaları üzrə iş təcrübəsinə sahib olmaq
- Elektron qaimə-faktura və ilkin sənədlərlə işləmə bacarığı;
- Əmək haqqı hesablamaları üzrə iş təcrübəsi
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti;
- Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı.