Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
744
Tam iş günü
Bakı, Azərbaycan
12/01/2026 - 26/01/2026

İş haqqında məlumat

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabatlarda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
  • Bütün maliyyə əməliyyatları üzrə hesabatların müəyyən edilmiş müddətlərdə hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitlərinin, xərclərin, istehsal dövriyyəsinin, satışın, iş və xidmətlərin, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil etmək və nəzarətdə saxlamaq;
  • Məhsul, iş və xidmətlərin maya dəyərinin iqtisadi cəhətdən əsaslandırılmış hesablanmasına nəzarət etmək;
  • Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin düzgün aparılmasını təmin etmək;
  • İlkin uçot sənədlərinin düzgünlüyünə, hesablaşma və ödəniş öhdəliklərinə nəzarət etmək;
  • Əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək və nəzarət etmək;
  • Bank kreditləri və ssudalar üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Mal alış sənədlərinin yoxlanılması və mühasibat uçotu proqramına düzgün daxil edilməsinə nəzarət etmək;
  • Alıcılar və satıcılarla hesablaşmaların, bank əməliyyatlarının uçot proqramında düzgün əks olunmasını və gündəlik bank qalığının yoxlanılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik vergi (Mənfəət, ÖMV, ƏDV, Əmlak, DSMF və s.) və statistik hesabatların müvafiq dövlət orqanlarına təqdim edilməsini təşkil etmək;
  • Rəhbərliyə mütəmadi maliyyə hesabatlarını təqdim etmək.

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 iş günü (09:00 – 18:00);
  • Korporativ nömrə ilə təminat;
  • Koroğlu metrostansiyasından servis xidməti;
  • Nahar fasiləsi: 13:00 – 14:00 (nahar şirkət tərəfindən təmin olunur);
  • Rəqabətədavamlı əmək haqqı.

Tələblər

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat);
  • Sahə üzrə minimum 5 il, o cümlədən Böyük mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyini və müxabirləşməni yüksək səviyyədə bilmək;
  • Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür;
  • IT bilikləri: 1C 8.3 ERP, MS Word və MS Excel proqramlarını yüksək səviyyədə bilmək;
  • Elektron dövlət portalları ilə işləmə bacarığı
    (e-taxes.gov.az, e-gov.az, e-customs.gov.az);
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzuolunandır;
  • Mühasibat, vergi və əmək qanunvericiliyi üzrə dərin biliklər.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.