Bakı,
Azərbaycan
19.08.2025 03:06
-
19.09.2025 12:00
İş haqqında məlumat
- SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətlərin beynəlxalq standartlara (ISO 9001, API Q1/Q2, ISO 29001 və s.) uyğunluğunu təmin etmək və bu məqsədlə yoxlama qrafiklərinin hazırlanmasında və auditlərin təşkilində iştirak etmək;
- Keyfiyyət idarəetmə sisteminin tətbiqi, inkişafı və davamlı təkmilləşdirilməsi üzrə təkliflər vermək, uyğunluğun təmin olunmasına nəzarət etmək;
- Uyğunsuzluq hallarının analizi, CAPA tədbirlərinin icrasına nəzarət və hesabatların hazırlanmasını həyata keçirmək;
- İstehsal, montaj, istismar və test mərhələlərində keyfiyyətə nəzarət və ITP sənədlərinin hazırlanmasında iştirak;
- Tender və müqavilə mərhələlərində texniki və keyfiyyət meyarlarının formalaşdırılması və icrasına nəzarət etmək;
- Mal-materialların texniki spesifikasiyalara və sertifikatlara uyğunluğunu yoxlamaq, texniki sənədlərə rəy vermək;
- Keyfiyyətə dair daxili və xarici auditlərin təşkili, tapıntıların izlənməsi və düzəldici tədbirlərin icrasına nəzarət;
- Müvafiq metod bəyanatlarına, milli normativ-hüquqi aktlara və müəssisədaxili tələblərə uyğunluğa nəzarət;
- Keyfiyyət sahəsində müəssisəni partnyorlar, audit orqanları və müştərilər qarşısında təmsil etmək.
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti;
- Rəqabətədavamlı əməkhaqqı və sosial təminatlar;
- Peşəkar inkişaf və karyera imkanları;
- Tibbi sığorta və rifaha yönəlmiş əlavə güzəştlər (o cümlədən SOCAR Tower-də yerləşən idman zalı);
- Nəqliyyat xidməti ilə təmin olunma.
Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Keyfiyyətə nəzarət şöbəsində Böyük mühəndis” başlığı ilə [email protected] elektron poçtuna 28.08.2025-ci il tarixinədək göndərmələri xahiş olunur.
- Yalnız uyğun hesab olunan namizədlərlə əlaqə yaradılacaq.
Tələblər
- Texniki sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
- 5 il müvafiq sahə üzrə iş stajı;
- Keyfiyyətin idarə edilməsi, inspeksiya, risklərin idarə olunması və davamlı təkmilləşmə bilikləri;
- Beynəlxalq və yerli standartlar üzrə biliklər;
- Uyğunluq sənədləri ilə işləmək və onların təhlili;
- İnspeksiya və sınaq metodları, test prosedurları və qiymətləndirmə meyarları;
- Təqdimat hazırlama və təqdimetmə;
- Komandada işləmə, verbal ünsiyyət, analitik düşüncə, araşdırma və təhlil bacarıqları;
- MS Office sərbəst istifadəçi.
- İngilis dili B1+
Üstünlük verilir:
- ISO 9001:2015 Lead Auditor sertifikatı;
- ISO 31000 Risk Management, FMEA, ISO 29001, API Q1/Q2, NCR, CAPA, Root Cause Analysis təlim və sertfikatları;
- Müəyyən sahələr üzrə təchizat zəncirinə nəzarət, auditə hazırlıq və laboratoriya analizləri ilə bağlı sertifikat və ya təlimlər;
- Görülən işlərin layihə, texniki sənədlər və standartlara uyğunluğuna nəzarət təcrübəsi;
- Böyük layihələrdə və keyfiyyətin yaxşılaşdırılması təşəbbüslərində iştirak;
- Texniki sənədləri hazırlamaq, nəticələri izləmək və hesabatlar tərtib etmək bacarığı.