Bakı,
Azərbaycan
08.10.2025 10:44
-
08.11.2025 12:00
İş haqqında məlumat
- Tender və sorğu sənədlərinin hazırlanması;
- Sifariş verilən avadanlıq, lisenziya və mal-materialın düzgünlüyünün yoxlanılması;
- Qiymət təkliflərinin toplanması, müqayisə və təhlil edilməsi;
- Sənədlərin uyğunluğunun yoxlanılması;
- Uyğun qiymət şərtləri üçün danışıqların aparılması;
- Satınalma sifarişlərinin vaxtında təmin olunması;
- Daxili satınalma qaydalarına riayət olunması;
- Satınalmaların toplanması və arxivləşdirilməsi;
- Struktur bölmənin fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanması;
- SOCAR-ın idarə və müəssisələrində kompüter və təşkilati texnika, rabitə və telekommunikasiya avadanlıqlarını, eləcə də onların ehtiyat hissələrini və sərf materiallarının satınalınmasının, qüvvədə olan qanunvericiliyə müvafiq müqavilələrin hazırlanması və nəzarətdə saxlanılmasının təmin edilməsi;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinin təmin edilməsi;
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi;
- Tender komissiyasının işinin təşkil edilməsi, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsinin və onlardan daxil olan sorğuların cavablandırılmasının təmin edilməsi;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi.
Tələblər
- Təhsil pilləsi:Ali bakalavr / Müvafiq sahə üzrə;
- İş təcrübəsi:4 İl / Müvafiq sahə üzrə.