Bakı,
Azərbaycan
31.10.2025 03:51
-
14.11.2025 12:00
İş haqqında məlumat
- AZCON Holding Beynəlxalq əməkdaşlıq departamentinin Beynəlxalq tərəfdaşlarla iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
- Vəzifə funksiyaları:
- Xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq təşkilatlar, maliyyə institutları və şirkətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi;
- Müvafiq sahə üzrə beynəlxalq təcrübənin araşdırılması və ölkədaxili tətbiq imkanlarının qiymətləndirilməsi;
- Holdinqin fəaliyyətinə uyğun olaraq beynəlxalq və regional təşkilatlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflərin hazırlanması;
- Beynəlxalq və regional təşkilatlarla danışıqların, rəsmi və işgüzar yazışmaların aparılması;
- Tabeli qurumların aidiyyəti şöbələrinin fəaliyyətinin koordinasiyası, xarici iqtisadi əlaqələrin mərkəzləşdirilmiş şəkildə təşkili və əlaqədar məsələlərin həllinə nəzarət edilməsi;
- Yerli və beynəlxalq layihələrin hazırlanmasında iştirakın təmin edilməsi;
- Qurumun fəaliyyəti ilə əlaqədar normativ hüquqi aktların, o cümlədən beynəlxalq layihələrin, metodiki və digər sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi, hazırlanması və icrasında iştirak edilməsi;
- Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi.
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan mail ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – Beynəlxalq tərəfdaşlarla iş” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
- Son müraciət tarixi: 14 noyabr 2025-ci il
Tələblər
- Beynəlxalq münasibətlər, dövlət idarəetməsi, hüquq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Dövlət qurumlarında müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Strateji düşünmə və analiz qabiliyyəti;
- Təqdimat və natiqlik bacarıqları.