Azerbaijan Fish Farm

BPİ üzrə mütəxəssis

Azerbaijan Fish Farm
Ə/h razılaşma ilə
772
Tam iş günü
Bakı, Azərbaycan
02.07.2025 17:21 - 02.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə aparmaq;
  • Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı normativ-tənzimləyici sənədlərin – siyasət, qayda və təlimatların müvafiq struktur bölmələrin iştirakı ilə hazırlanmasının təşkili və ya müvafiq struktur bölmələr tərəfindən bu növ sənədlərin hazırlanmasını təşkil etmək;
  • Təsdiq edilmiş normativ-tənzimləyici sənədlərin müvafiq hədəf kütləyə (əlaqədar struktur bölmələr və digər maraqlı tərəflər) çatdırılmasını təmin etmək;
  • Biznes proseslərin monitorinqini həyata keçirmək, mövcud problemlər və onların səbəblərini müəyyən etmək, korrektiv tədbirləri müəyyən etmək və həyata keçirmək;
  • Daxili qayda və prosedurların pozuntusu aşkar olunduqda səbəblərin araşdırılmasını həyata keçirmək;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, müasir iş proseslərinin tətbiqi üzrə təkliflər vermək;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Tələblər

  • Biznesin idarə olunması, İqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Daxili Nəzarət, Biznes proseslərin idarə olunması, Audit, Əməliyyat araşdırması sahələrində minimum 1 il iş təcrübəsi;
  • İstehsalat və kənd təsərrüfatı yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
  • BPM, ACCA üzrə beynəlxalq sertifikatı;
  • MS Office(Word, Excel, Power point), 1C 8.3 (ERP) proqramı;
  • Azərbaycan-dili (əla), ingilis-dili (yaxşı), rus-dili (yaxşı);
  • Komandada işləmə bacarığı, detallara dəqiqlik və güclü problem həll etmə bacarığı, vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), yüksək ünsiyyət bacarığı, ezamiyyələrdə iştirak etmək imkanı.