VMF Company

Brend Menecer

VMF Company
Ə/h razılaşma ilə
1216
Tam iş günü
Bakı, Azərbaycan
20.05.25 - 20.06.25

İş haqqında məlumat

  • Məhsulun satış sxemini hazırlayır və Direktora  təqdim edir;
  • Təmsil etdiyi brendlərin şirkətlərlə yazışmaların aparılması, ən son məlumatlarla birbaşa rəhbərliyinə və aidiyyatı strukturlara məlumat verir;
  • Satış nöqtələrində təmsil etdikləri   brendlərin çeşidinə nəzarət edir, zərurət yarandıqda satış nöqtələri arasında yerdəyişməyə təklifi birbaşa rəhbərliyinə təqdim edilir, təsdiq edildikdən sonra sistemə yerləşdirilməsi və nəzarətini təmin edir;
  • Təmsil etdiyi  brendlərin keyfiyyətli və vaxtlı-vaxtında təmin olunmasına nəzarət edir;
  • Xarici ölkələrdən elektron formada malların sifarişinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür və sifariş edilən malların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və malların müştərilər arasında müvafiq qaydada bölüşdürülməsinə bilavasitə nəzarət edir;
  • Müştərilərə malların bölgüsünün hazırlanmasına, razılaşdırılmasına, sistemə yürüdülməsinə tətbiq və nəzarət edir;
  • Müvafiq brend üzrə satış heyətinə təlim keçirilməsini həyata keçirir;
  • Müştərilərin satış nöqtələrində saatların düzülüşünü brend təlimatına uyğun tələb edir və nəzarət edir;
  • Brendin satışının artırılması məqsədi ilə marketinq xidməti ilə sıx əlaqələr qurur;
  • Səlahiyyətləri çərçivəsində hər hansı bir məsələ ilə bağlı rəy bildirir və təkliflər verir;
  • İldə iki dəfə satış və anbardakı qalıq məhsullar əsasında büdcənin hazırlanmasını təmin edir;
  • Yeni mühüm marka ( brend ) haqda  və həmin markanın bazarda satış məlumatlarının toplanılmasını rəhbərlik üçün təmin edir;
  • Direktorun verdiyi digər tapşırıqlarını yerinə yetirir;
  • Bazar tendensiyalarının izlənilməsi və rəqabət potensialı üzrə analizlərin aparılmasını təşkil edir;
  • İş qrafiki : Həftə içi VI gün , saat 09:00-18:00 qədər;
  • Əmək haqqı namizədin bilik və bacarığı əsasında təyin olunacaq.

Tələblər

  • Ali təhsil (biznesin idarə olunması, marketinq sahələri üzrə );
  • 25-45 yaş arası Xanım və ya Bəylər;
  • İş təcrübəsi müvafiq sahə üzrə minimum 2 il;
  • Rus dili - əla , İngilis dili - əla;
  • Excel, Outlook və 1C proqramları biliyi;
  • Mükəmməl ünsiyyət və problem həll etmək bacarığı.


Oxşar vakansiyalar