ARNE Group MMC

Brend və PR üzrə menecer

2500 - 3000 ₼
991
Tam iş günü
Bakı, Azərbaycan
06.05.25 - 06.06.25

İş haqqında məlumat

  • Şirkətin ümumi məqsəd və dəyərlərinə uyğun brend strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Brendin vizual kimliyinin (rəng palitrası, loqotip, dizayn dili) və kommunikasiya tonunun müəyyənləşdirilməsi və sabit tətbiqinin təmin olunması;
  • Neyromarketinq üsullarından istifadə edərək hədəf auditoriyada emosional bağ və güvən hissinin formalaşdırılması;
  • Rəqəmsal və ənənəvi kommunikasiya kanallarında brendin vahid mesaj və vizual görünüşlə təqdim olunmasına nəzarət;
  • Şirkətin ictimai imicini və reputasiyasını gücləndirəcək PR strategiyalarının hazırlanması və tətbiqi;
  • Media ilə əlaqələrin qurulması və idarə olunması: press-relizlərin hazırlanması, müsahibələrin təşkili, media ilə effektiv əməkdaşlıqların aparılması;
  • Sosial məsuliyyət layihələri, tədbirlər və digər ictimaiyyətlə əlaqə təşəbbüsləri vasitəsilə brendin tanınmasını və müsbət imicinin formalaşdırılması;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00).

Tələblər

  • Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq kommunikasiyaları sahəsində 5 il iş təcrübəsi;
  • Brend və PR sahəsində praktik bilik və uğurlu layihə təcrübələri;
  • Neyromarketinq və istehlakçı davranışları barədə anlayış;
  • Foto/video kontentlə işləmək bacarığı və ya dizayn üzrə əsas anlayış;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Media və ictimaiyyət qarşısında təmsilçilik qabiliyyəti;
  • Kreativ agentliklərlə işləmə və onları idarəetmə təcrübəsi;
  • Rəqəmsal marketinq, sosial media idarəçiliyi və reklam kanalları üzrə biliklər;
  • Büdcə planlaşdırma və idarəetmə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri üstünlükdür.