Bakı,
Azərbaycan
14/09/2026
-
28/09/2026
İş haqqında məlumat
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirilmə
- 6 günlük (növbəli) iş qrafiki
- 500 AZN (net) əmək haqqı + əlavə iş saatlarına görə ödəniş
- Nahar şirkət tərəfindən təmin edilir
- Ödənişsiz peşəkar təlimlər, gənc və dinamik kollektivdə sürətli karyera artımı
Öhdəliklər - Pizzaların və menyudakı digər təamların standartlara tam uyğun, keyfiyyətli və vaxtında hazırlanması
- Sifarişlərin dəqiq və düzgün reseptura əsasında icra edilməsi
- Növbə başlayarkən və bitərkən mətbəx stansiyasını işə hazırlamaq və təhvil vermək
- Xammal və ərzaqların saxlanma qaydalarına və istifadə müddətlərinə (FIFO prinsipinə) əməl olunması
- Mətbəxdə, iş masalarında və avadanlıqlarda təmizlik və sanitariya qaydalarına riayət edilməsi
- Şəxsi gigiyena, xüsusi uniforma və Qida Təhlükəsizliyi (HACCP/ISO) standartlarına şərtsiz əməl olunması
- Tullantıların və xammal itkisinin minimuma endirilməsi, resurslardan qənaətlə istifadə edilməsi
- Restoranın mətbəx avadanlıqlarına və alətlərinə ehtiyatla yanaşılması
- Növbə Meneceri və digər komanda üzvləri ilə koordinasiyalı işləyərək sifarişlərin sürətli təhvil verilməsini təmin etmək
- Yaranan texniki və ya əməliyyat çətinlikləri haqqında dərhal rəhbərliyə məlumat vermək
Tələblər
- Orta və ya ali təhsil
- Yaş həddi 18 – 35 aralığı
- Mətbəx sahəsində işləmək həvəsi (təcrübə arzuolunandır, təlimlər keçirilir)
- Məsuliyyətli, operativ, diqqətli və səliqəli işləmə bacarığı
- Komandada işləmək qabiliyyəti və çevik öyrənmə həvəsi
- Karyera yüksəlişinə maraq və inkişaf istəyi