Autolux Azerbaijan LLC

Büdcə planlama üzrə mütəxəssisi

Autolux Azerbaijan LLC
Ə/h razılaşma ilə
2992
Tam iş günü
Bakı, Azərbaycan
22.05.2025 23:25 - 22.06.2025 12:00

İş haqqında məlumat

  • Avtomobillərin sifarişini və qiymətin formalaşdırılmasını təmin etmək;
  • Avtomobillərin sifariş planına uyğun olaraq aylıq sifarişi həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları istehsalçının sifariş proqramına daxil etmək;
  • Anbara daxil olan avtomobillərin sifarişə uyğun olmasını yoxlamaq;
  • Satışın artırılması məqsədilə Cəmiyyətin Satış şöbələrini aidiyyəti məlumatlarla təmin etmək. Buraya sifariş sistemində dəyişilən, əlavə edilən və ya istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar da daxildir;
  • Sifarişi həyata keçirtmək üçün elektron məktub, telefon, internet vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq; 
  • Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək; 
  • Aylıq sifarişləri və Cəmiyyətin Satış şöbələri tərəfindən göndərilən sifarişləri istehsalçıların və Cəmiyyətin müvafiq proqram təminatına daxil edilməsini təmin etmək;
  • Cəmiyyətin təmsil etdiyi brendlərin tələblərə uyğunluğunu yoxlamaq, təsdiq edilmiş prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək;
  • İstehsalçı və Cəmiyyət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək;
  • İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə.

Tələblər

  • Ali təhsil;
  • 1 il müvafiq ya bənzər sahədə iş təcrübəsi;
  • İngilis dili biliyi mütləqdir;
  • 1C və MS office proqramlarında işləmə bacarığı (Excell proqramını yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).