Libera Karyera Mərkəzi

Büdcə və Hesabatlılıq Şöbəsinin Müdiri-2606021126

Libera Karyera Mərkəzi
Ə/h razılaşma ilə
557
Tam iş günü
Bakı, Azərbaycan
02/06/2026 - 16/06/2026

İş haqqında məlumat

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq
  • Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması
  • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
  • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
  • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
  • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
  • ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
  • Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
  • Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək
  • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.

Tələblər

  • Təhsil pilləsi (minimum) - Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası - Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahə
  • İş təcrübəsi (minimum) - Müvafiq sahə üzrə ən az 5 il. Konsolidasiya olunmuş aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə.
  • Dil bilikləri - Azərbaycan dili, Ingilis dili
  • Kompüter bilikləri - Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel), ERP sistemləri üzrə praktiki biliklər, Power BI (arzu olunandır)
  • Sertifikat - Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s. arzu olunandır)
  • Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nəticə yönümlülük / Tabeliyindəki əməkdaşları idarə etmək 
  • Komanda ruhu  / Layihələri idarə etmək
  • Kommunikasiya  / Riskləri idarə etmək
  • Problem həll etmək / Strateji düşünmək
  • Dəyişikliklərə uyğunlaşmaq / Prosesləri idarə etmək
  • Data analitika / Qərar qəbul etmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.