Azerconnect LLC

Büdcə və planlama üzrə təcrübəç

Azerconnect LLC
Ə/h razılaşma ilə
848
Təcrübə
Bakı, Azərbaycan
25/12/2025 - 08/01/2026

İş haqqında məlumat

  • Müxtəlif daxili hesabatların hazırlanmasında dəstək 
  • Büdcədə nəzərdə tutulan rəqəmlərlə faktiki rəqəmlər arasında fərq təhlili aparmaqda və büdcədən yuxarı/aşağı olmasının səbəblərini araşdırmaqda dəstək 
  • Cari dövrün faktiki rəqəmlərini əvvəlki dövrlərlə müqayisə etmək üçün analitik prosedurları yerinə yetirilməsinə dəstək və maliyyə nəticələrinin düzgünlüyünə əminlik əldə etmək 
  • Müxtəlif xərclərə nəzarət prosedurlarının həyata keçirməsində dəstək göstərmək 
  • Bölmənin öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər sifahi/ yazılı tapşırıqları icra etmək və/və ya icrasına dəstək olmaq
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək 

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;a
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.


 

Tələblər

  • Maliyyə, Mühasibalıq, İqtisadiyyat və oxşar sahələr üzrə ali təhsil 
  • Xərclər üzrə ümumi anlayış 
  • Güclü analitik bacarıqlar 
  • Yaxşı ünsiyyət qabiliyyəti 
  • Excel proqramından orta səviyyədə istifadə etmək bacarığı 
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilmək 
  • Rus dilini səlis bilmək üstünlük sayılır 

Maraqlanan namizədlər  "CV göndər📤"  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.