My Group Holding

Çağrı mərkəzi operatoru

Ə/h razılaşma ilə
1099
Tam iş günü
Bakı, Azərbaycan
17.04.25 - 17.05.25

İş haqqında məlumat

  • Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
  • Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq;
  • Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək;
  • Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək;
  • Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək;
  • Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq;
  • Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi;
  • Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.

İş saatları və əmək şərtləri:

  • İş qrafiki: 5 günlük iş qrafiki (11:00-20:00);
  • İstirahət günləri: 2 gün;
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Problem həll etmə qabiliyyəti;
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı;
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat;
  • Komanda ilə işləmək qabiliyyəti;
  • Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
  • Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir;
  • Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.

Oxşar vakansiyalar