FastNet Technology MMC

Çağrı Mərkəzi üzrə Mütəxəssis

FastNet Technology MMC
600 - 800 ₼
775
Növbəli iş
Bakı, Azərbaycan
30.09.2025 02:39 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • Telefon zəngləri və sosial şəbəkələr üzərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmaq;
  • Müştərilərə şirkətin xidmətləri barədə ətraflı məlumat və düzgün istiqamət vermək;
  • Gələn müraciətləri daxili sistemdə qeydiyyata almaq və müvafiq kateqoriyalar üzrə yönləndirmək;
  • Şikayət, təklif və sualları dinləmək, operativ şəkildə həll etmək və ya aidiyyəti struktur bölməyə yönləndirmək;
  • Zərurət yarandıqda geridönüş zəngləri həyata keçirmək;
  • Daxil olan zənglərin və yazılı müraciətlərin elektron reyestrini aparmaq və gündəlik/aylıq hesabatlar hazırlamaq;
  • Müştərilərlə mehriban, təmkinli və etik davranış normalarına uyğun ünsiyyət qurmaq;
  • İş rejimi: Növbəli (1 iş günü / 1 istirahət günü);
  • Əmək haqqı: 600 – 800 AZN;
  • Əgər siz ünsiyyətcil, diqqətli və məsuliyyətli birisinizsə, xüsusilə aktiv və özünü inkişaf etdirməyə açıq kişi namizədsinizsə, bu fürsət sizin üçündür!
  • Çağrı Mərkəzi komandamıza dinamik və operativ kişi əməkdaşı axtarırıq.

Biz sizə nə təklif edirik?

  • Dinamik və mehriban iş mühiti;
  • Peşəkar inkişaf və öyrənmə imkanları;
  • Stabil iş qrafiki və dəstək göstərən rəhbərlik.

Necə müraciət etməli?

  • Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Çağrı Mərkəzi üzrə Mütəxəssis” yazmaqla qeyd olunan mail ünvanına göndərin.

Tələblər

  • Yüksək səviyyədə ünsiyyət qurma, dinləmə və stressə davamlılıq;
  • Komandada işləmə bacarığı və operativlik;
  • Kompüter bilikləri və ofis proqramlarında sərbəst işləmək bacarığı (MS Office, e-mail və s.);
  • Müştəriyönümlü düşüncə və təşəbbüskar yanaşma;
  • Kişi namizədlərə üstünlük verilir.


Oxşar vakansiyalar