Europark MMC

Çağrı mərkəzi üzrə rəhbər

Europark MMC
Ə/h razılaşma ilə
404
Tam iş günü
Bakı, Azərbaycan
30/04/2026 - 14/05/2026

İş haqqında məlumat

  • Call Center komandasının gündəlik fəaliyyətinin idarə olunması və nəzarətdə saxlanılması 
  • Operator heyətinin iş qrafikinin planlaşdırılması, iş bölgüsünün aparılması və intizamın təmin edilməsi
  • Zənglərin cavablandırılması sürəti və xidmət keyfiyyəti üzrə KPI-ların müəyyənləşdirilməsi və icrasına nəzarət
  • Zənglərin müntəzəm monitorinqi, keyfiyyət qiymətləndirilməsi və performans analizinin aparılması
  • Sürücü heyəti ilə operativ koordinasiyanın təmin edilməsi və xidmət prosesinin fasiləsizliyinə nəzarət
  • Müştəri müraciət və şikayətlərinin araşdırılması, həlli və təkrar hallarının qarşısının alınması
  • Bölmə üzrə gündəlik, həftəlik və aylıq analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İş proseslərinin optimallaşdırılması və xidmət standartlarının təkmilləşdirilməsi

İş şəraiti

  • İş qrafiki: Tam ştat, 6 günlük
  • Əmək haqqı: 800 Azn (NET)

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və dinamik iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Tələblər

  • Ali təhsil
  • Call Center sahəsində minimum 3 il, rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
  • Komanda idarəetmə və motivasiya bacarığı
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
  • Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı
  • Azərbaycan dilində səlis danışıq, rus dili biliyinin olması mütləqdir
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar