Bakı,
Azərbaycan
02/07/2026
-
16/07/2026
İş haqqında məlumat
- Çağrı mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, komandaya rəhbərlik etmək;
- Operatorların iş cədvəllərini, iş yükünü və performansını planlaşdırmaq, eləcə də optimallaşdırmaq;
- Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsi, düzgün kommunikasiya və layihə planına uyğun işin təşkili;
- Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün zənglərin idarə olunması prosedurları, iş axınının idarə olunması və resursların bölüşdürülməsi daxil olmaqla planlar hazırlamaq və tətbiq etmək;
- Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin vaxtında və keyfiyyətlə cavablandırılmasını təmin etmək;
- SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək;
- Geri zənglər, SMS və effektiv kommunikasiyanın təşkili, eləcə də effektiv icrasına nəzarət etmək.
- KSM layihələr və marketinq kampaniyaları zamanı məlumat mübadiləsinin planlaması və təşkili.
- Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həll olunması.
- Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
- Təkmilləşmə imkanlarını və narahatlıq doğuran sahələri müəyyən etmək üçün çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etmək.
- Rəhbərliyə gündəlik və həftəlik hesabatların təqdim olunması.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında təyin olunur.
Tələblər
- 28-35 yaş
- Xanım namizədlər;
- Ali təhsil;
- Menecer vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
- Microsoft Office və Google Sheet bilikləri;
- Yaxşı səviyyəsində kompüter bilikləri;
- Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
- Yüksək səviyyədə, planlama, liderlik və idarəetmə qabiliyyəti;
- Analitik düşüncə və təşəbbüskarlıq;
- Problem həlletmə qabiliyyətinin yüksək olması.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun