
15723 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur
İş haqqında
İş barədə məlumat
EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün yüksək ünsiyyət qabiliyyətinə, idarəçilik təcrübəsinə, müştəriyönümlü yanaşmaya və nəticə əldə etmək bacarığına sahib Call Center rəhbəri axtarırıq!
- Rəqabətə davamlı əməkhaqqı;
- Nəticələrə uyğun bonus və mükafatlandırma sistemi;
- Peşəkar və çevik iş mühiti;
- Karyera yüksəlişi və peşəkar inkişaf perspektivləri;
- Şirkətin inkişaf strategiyasında və idarəetmə proseslərində fəal iştirak imkanı.
Öhdəliklər
- Call Center şöbəsinin gündəlik iş prosesinin planlaşdırılması, təşkili və idarə olunması;
- Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələr vasitəsilə göndərilən müştəri müraciətlərinin vaxtında cavablandırılmasına nəzarət;
- Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların yerləşdiyi ünvanlar barədə dəqiq məlumat verilməsini təmin etmək;
- Müştərilərin məhsul seçimində dəstəklənməsi və alış qərarına yönləndirilməsi prosesini təşkil etmək;
- Telefon və onlayn müraciətlərin satışla nəticələnməsi məqsədilə effektiv satış skriptlərinin hazırlanması və tətbiqi;
- Müştəri müraciətlərinin müvafiq mağaza və şöbələrə düzgün istiqamətləndirilməsini təmin etmək;
- Mağazalardakı məhsul ehtiyatı, sifarişlərin icra vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərin vaxtında məlumatlandırılmasına nəzarət;
- Müştəri narazılıqlarının araşdırılması, həlli prosesinin izlənilməsi və oxşar problemlərin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi;
- Müştəri məlumat bazasının formalaşdırılması, yenilənməsi və məlumatların sistemə düzgün daxil edilməsinə nəzarət;
- Potensial müştərilərlə yenidən əlaqə yaradılması və satış imkanlarının genişləndirilməsi məqsədilə zəng kampaniyalarının təşkili;
- Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və təkrar satışların stimullaşdırılması istiqamətində fəaliyyət göstərmək;
- Reklam və marketinq kampaniyaları nəticəsində daxil olan müraciətlərin səmərəli idarə olunmasını təmin etmək;
- Operatorların müştərilərlə ünsiyyət keyfiyyətini qiymətləndirmək, telefon danışıqlarını dinləmək və təhlil etmək;
- Operatorlar üçün təlim proqramlarının təşkili, satış və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi;
- Zəng sayı, cavablandırılma müddəti, cavabsız zənglər, satış konversiyası və müştəri məmnuniyyəti üzrə mütəmadi hesabatların hazırlanması;
- Çağrı Mərkəzinin (Call Center) iş səmərəliliyinin yüksəldilməsi üçün rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Tələblər
- Çağrı Mərkəzi və ya müştəri xidmətləri istiqamətində minimum 1-3 il iş təcrübəsi;
- Çağrı Mərkəzi əməkdaşlarından ibarət komandanın idarə olunması təcrübəsinə üstünlük verilir;
- Pərakəndə satış və aktiv telefon satışları üzrə təcrübənin olması arzuolunandır;
- Telefon vasitəsilə satış həyata keçirmək və müştərilərlə effektiv kommunikasiya qurmaq bacarığı;
- Müştəri şikayətlərinin araşdırılması və yaranan çətinliklərin aradan qaldırılması bacarığı;
- Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti.
Əsas performans göstəriciləri (KPI)
- Müştəri müraciətlərinin satışla nəticələnmə faizi;
- Telefon və onlayn kanallar vasitəsilə əldə olunan satış həcmi;
- Müştəri məmnuniyyəti səviyyəsi;
- İlk müraciət zamanı problemin həll olunma faizi;
- Müştəri müraciətlərinin cavablandırılma sürəti;
- Operatorların fərdi və komanda üzrə iş göstəriciləri;
- Təkrar satışların və potensial müştərilərin geri qazanılması üzrə nəticələr.

