Ibis Baku city

Camaşırxana işçisi

Ibis Baku city
600 ₼
584
Növbəli iş
Bakı, Azərbaycan
08/07/2026 - 22/07/2026

İş haqqında məlumat

  • Paltarların və digər parçaların çeşidlənməsi, yuyulması, qurudulması, ütülənməsi və qatlanması
  • Camaşırxana avadanlıqlarının təhlükəsiz və səmərəli şəkildə idarə olunması
  • Ləkələrin və zədələrin yoxlanılması
  • İş yerinin təmiz və səliqəli saxlanılması
  • Göstərilən xidmətlər üzrə keyfiyyət standartlarına riayət olunması
  • İşçi və qonaq geyimlərinin yuyulmasına nəzarət

İş Şərtləri:

  • İş rejimi növbəli iş qrafiki əsasında nizamlanır. 
  • İşçi həftəlik iki istirahət günü ilə təmin edilir.
  • Qidalanma şirkət tərəfindən təmin olunur.
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun şəkildə aparılır.

Əməkhaqqı 600 Azn Net

Tələblər

  • Gülərüz, səmimi və mehriban olmaq;
  • Komanda ilə işləmə bacarığına malik olmaq;
  • Mehmanxana və ya oxşar sahədə təmizlik üzrə təcrübəyə malik olmaq üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun