Bakı,
Azərbaycan
06/07/2026
-
20/07/2026
İş haqqında məlumat
- Ofis əməkdaşları və qonaqlar üçün çay, qəhvə və digər isti içkilərin hazırlanması və təqdim edilməsi;
- Mətbəx və çay otağının daim səliqəli və təmiz saxlanılması;
- Mətbəx ləvazimatlarının və istifadə olunan avadanlıqların təmizliyinə nəzarət edilməsi;
- Çay, qəhvə və digər istehlak məhsullarının ehtiyatına nəzarət edilməsi, çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Qonaqların qarşılanması zamanı çay və digər içkilərin nəzakətli şəkildə təqdim edilməsi;
- Sanitariya və gigiyena qaydalarına ciddi riayət olunması;
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
Tələblər
- Çayçı və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür;
- Səliqəli, məsuliyyətli və operativ olmaq;
- Gülərüz, nəzakətli və yüksək ünsiyyət bacarığı;
- Təmizlik və gigiyena qaydalarına ciddi riayət etmək;
- Komandada işləmək bacarığı;
- İşə məsuliyyətli və intizamlı yanaşmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun