Baku Servis Compani MMC
600 ₼
351
Tam iş günü
Bakı, Azərbaycan
02/09/2026 - 16/09/2026

İş haqqında məlumat

Baku Service Company komandamıza Çayçı vəzifəsi üzrə əməkdaş axtarırıq.

Şirkətimiz böyük və kiçik məişət əşyalarının təmir, quraşdırılması və servis xidməti ilə məşğuldur. İş yeri 6 mərtəbəli ofis binasındadır.
İş öhdəlikləri:

  • Günün birinci və ya ikinci yarısında mərtəbələr üzrə çayların hazırlanması və servis edilməsi;
  • Nahar zamanı mətbəxin təmizliyinə riayət etmək;
  • Mətbəxi daim təmiz və səliqəli saxlamaq;
  • Samovarları axşam boşaldaraq səhər üçün hazır vəziyyətə gətirmək;
  • Çay və mətbəx ləvazimatlarının səliqəli şəkildə saxlanılmasını təmin etmək;
  • Ofisin daxili qaydalarına və mətbəx təmizlik standartlarına riayət etmək;
  • Vəzifəyə uyğun digər gündəlik işləri yerinə yetirmək.

İş şəraiti

  • İş qrafiki: Həftədə 6 gün
  • Bazar günü – istirahət
  • Bazar ertəsi–Cümə: 10:00–18:00
  • Şənbə: qısa iş günü
  • İş iki çayçı arasında növbəli şəkildə bölüşdürülür:
  • Əmək haqqı: 600 AZN

Ünvan:

  • Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
  • Omidlə üzbəüz, Baku Service Company – (Samsung)

Tələblər

  • Yaş: maksimum 55 yaş
  • Çayçı və ya buna bənzər sahədə iş təcrübəsi;
  • Ofis mühitində işləməyi bacarmaq;
  • Səliqəli, məsuliyyətli və intizamlı olmaq;
  • Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • İş qaydalarına riayət etmək;
  • Komanda ilə işləmə bacarığı.