AZFEN MMC

Çənlərin quraşdırılması üzrə topzaltı qaynaqçısı (Tank Installation Submerged Arc Welder)

AZFEN MMC
Ə/h razılaşma ilə
232
Tam iş günü
Bakı, Azərbaycan
17/09/2026 - 01/10/2026

İş haqqında məlumat

  • Avtomatik kəsim dəzgahlarının təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək;
  • Üfüqi çənlərin qaynaq tikişlərinin avtomatik qaynaq avadanlığı vasitəsilə həyata keçirilməsini idarə etmək;
  • Tozaltı qaynaq avadanlığının düzgün sazlanmasını və iş rejiminə uyğun istifadəsini təmin etmək;
  • Qaynaq parametrlərini verilmiş texniki tələblərə və təsdiq edilmiş qaynaq prosedurlarına uyğun tənzimləmək;
  • Qaynaq işləri zamanı avadanlığın düzgün işləməsinə və qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək;
  • Qaynaq işlərində istifadə olunan materialların və sərfiyyat vasitələrinin düzgün istifadəsini təmin etmək;
  • Qaynaq avadanlıqlarının, avtomatik dəzgahların və iş sahəsinin təmizliyini təmin etmək;
  • Qaynaq avadanlıqlarının gündəlik texniki baxışını və əsas texniki qulluq işlərini həyata keçirmək;
  • Avadanlıqlarda aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Qaynaq avadanlıqlarını daim istismara hazır vəziyyətdə saxlamaq;
  • İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;
  • Qaynaq işlərinin təsdiq edilmiş texnologiyaya, cizgilərə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Tozaltı qaynaq (SAW) üzrə müvafiq peşə təhsili və ya sertifikat;
  • Avtomatik qaynaq avadanlığı ilə işləmək üzrə praktiki təcrübə;
  • Çənlərin, metal konstruksiyaların və iriölçülü metal məmulatların qaynağında təcrübə;
  • Üfüqi çənlərin qaynaq işləri üzrə təcrübə üstünlükdür;
  • Qaynaq avadanlığının sazlanması və iş parametrlərinin tənzimlənməsi üzrə bilik;
  • Qaynaq prosedurları və texniki tələbləri oxuma və tətbiq etmə bacarığı;
  • Qaynaq avadanlıqlarına gündəlik texniki qulluq və ilkin nasazlıqların müəyyən edilməsi üzrə bacarıq;
  • SƏTƏM və təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmalı;
  • Komanda ilə işləmək bacarığı.