AEM Elektron

Channel Sales Manager

AEM Elektron
Ə/h razılaşma ilə
910
Tam iş günü
Bakı, Azərbaycan
13/04/2026 - 27/04/2026

İş haqqında məlumat

  • Ustalar (installerlər) üzərindən həyata keçirilən satışlara nəzarət etmək, onların loyallığını artırmaq, satış proseslərini sistemləşdirmək və bu kanal üzrə satış həcmini artırmaq.

Əsas vəzifə öhdəlikləri

  • Ustalar və installerlərlə davamlı işin təşkili və əlaqələrin inkişafı
  • Usta satış kanalı üzrə satışların izlənməsi və analizi
  • Ustalar üçün motivasiya və loyallıq proqramlarının hazırlanması və icrası
  • Məhsullar üzrə ustalara texniki və kommersiya dəstəyinin təşkili
  • Satış həcminin artırılması üçün təşviq mexanizmlərinin tətbiqi
  • Ustalar üzrə satış hesabatlarının hazırlanması
  • Yeni ustaların cəlb edilməsi və mövcud ustalarla əlaqələrin gücləndirilməsi
  • Marketinq və satış komandası ilə koordinasiyalı əməkdaşlıq

Biz nə təklif edirik

  • Real satış nəticələrinə birbaşa təsir imkanı
  • Sabit və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
  • Motivasiyaedici əmək haqqı və bonus sistemi
  • Beynəlxalq brendlərlə işləmək imkanı
  • Peşəkar və dinamik komanda
  • Şəhər mərkəzində ofis və 5 günlük iş qrafiki

Tələblər

  • Satış, marketinq və ya əlaqəli sahədə iş təcrübəsi (B2B və ya kanal satış təcrübəsi üstünlükdür)
  • Ustalar, installerlər və ya texniki partnyorlarla iş təcrübəsi arzuolunandır
  • Güclü ünsiyyət və münasibət qurma bacarığı
  • Analitik düşünmə və nəticəyönümlülük
  • Sahə üzrə ezamiyyətlərə hazır olmaq
  • Azərbaycan dili — sərbəst
  • Rus dili — arzuolunandır

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar