AZMADE Group LLC

Çilingər

AZMADE Group LLC
Ə/h razılaşma ilə
780
Tam iş günü
Şəmkir, Azərbaycan
21.08.2025 10:10 - 21.09.2025 12:00

İş haqqında məlumat

  • Metal elementləri (çubuqlar, borular, profil və s.) uyğun ölçülərə kəsib, qaynaq və ya digər birləşmə metodları ilə birləşdirmək;
  • Metal konstruksiyaların istismarı zamanı yaranan nasazlıqları müəyyən etmək və təmir etmək;
  • Konstruksiyaların dayanıqlığını və təhlükəsizliyini təmin etmək məqsədilə texniki baxışlar keçirmək;
  • İstehsalat işlərini yerinə yetirərkən, texniki çizimlərə, layihə planlarına uyğun olaraq hərəkət etmək;
  • Müvafiq alətlər və avadanlıqlarla düzgün işləmək üçün təlimatları izləmək;
  • Zavodda təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Təhlükəli materiallar və alətlərlə işləyərkən lazım olan qoruyucu avadanlıqları istifadə etmək;
  • İş alətlərini və avadanlıqları düzgün istifadə etmək, müntəzəm olaraq texniki qulluq göstərmək;
  • Təmir ehtiyacı yaranan alətləri təmir etmək və ya mütəxəssisə yönləndirmək.

İş qrafiki:

  • 5 günlük iş rejimi;
  • 08:00-17:00 iş saatları;
  • 12:00-13:00 nahar fasiləsi;
  • İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi.

Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Çilingər” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

  • Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Təhsil: orta/texniki peşə;
  • İş təcrübəsi: Çilingər 2  il ( Metal konstruksiya  və bənzəri sahədə);
  • Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran.