Bakı,
Azərbaycan
25/05/2026
-
08/06/2026
İş haqqında məlumat
- Avtomobillərin texniki baxışını həyata keçirmək;
- Avtomobildə profilaktik təmirləri etmək və yoxlanışları həyata keçrimək.
- Nəqliyyat vasitəsində yaranan problemlərin hansı səbəblərdən yaranmasını müəyyən etmək və təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika proseduralarını tətbiq etmək;
- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək;
- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
- Aparılan təmir işində ləngimə və əlavə işlər yarandığı halda Təmir sexi rəisinə məlumat vermək;
- Yürüş sınağını keçirərək təmirin bitməsinə əmin olmaq;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 500 manat təşkil edir + Bonus (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Orta təhsil;
- İş təcrübəsi : Minimum 1 il iş təcrübəsi
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.