"Fin-Plast İnternational" MMC
Ə/h razılaşma ilə
345
Tam iş günü
Sumqayıt, Azərbaycan
08/09/2026 - 08/10/2026

İş haqqında məlumat

 İş yeri: Sumqayıt

Vəzifə öhdəlikləri:

  • İstehsalat avadanlıqlarının mexaniki hissələrinin təmiri və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlarda yaranan mexaniki nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
  • Profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək;
  • Ehtiyat hissələrinin dəyişdirilməsi və quraşdırılmasını yerinə yetirmək;
  • Avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
     

Tələblər

  • Çilingər və ya mexanik kimi minimum 5 il iş təcrübəsi;
  • İstehsalat avadanlıqlarının mexaniki quruluşu və iş prinsipləri üzrə bilik;
  • Texniki çertyoj və sxemləri oxumaq bacarığı üstünlükdür;
  • Mexaniki alətlərdən sərbəst istifadə bacarığı;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  •  Əməkhaqqı: Razılaşma yolu ilə
  • Nahar: Şirkət tərəfindən təmin edilir
  • Servis: Sumqayıt daxili servis xidməti mövcuddur

📩 CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

📞 Əlavə məlumat üçün: +994 50 251 14 55