Bakı,
Azərbaycan
24/02/2026
-
24/03/2026
İş haqqında məlumat
AZELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 08:00-dan 17:30-dək;
- Ünvan: Abşeron ray. Şamaxı şossesi 14km;
- Nahar fasiləsi 12:30-dan 13:30-dək ;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: min: 800-1000 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. ).
Tələblər
- Yaş:21-40 yaş;
- Texniki biliyi olmalı ;
- Elektrik panoların yığılması ve sxemlerini oxuya bilən;
- Elektrik mühərriklərinin, transformator, eleqaz və vakuum açarlarının ,kommutasiya və tənzimləyici aparatların, digər elektrik aparatları və elektrik cihazlarının iş prinsipini bilməli;
- Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilməli;
- Elektrik avadanlıqlarının montaj üsullarını bilməli;
- Nəzarət-ölçü cihazlarının təyinatı və onlardan istifadə qaydalarını bilməli;
- Kabel və məftillərin uclarının kəsilməsi və preslənməsi bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli;
- Bu sahədə 2 ildən artıq təcrübə ;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir ;
- Operativ çalışan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini <[email protected]> e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Çilingər -Elektrik” qeyd etmələri xahiş olunur.
Əlaqə:+994 55 525 04 35