Bakı,
Azərbaycan
03/07/2026
-
03/08/2026
İş haqqında məlumat
- Metal konstruksiyaların, dayaqların, kabel traylarının, montaj elementlərinin və digər texniki qurğuların quraşdırılması işlərini yerinə yetirmək.
- Layihə və texniki çertyojlara uyğun olaraq montaj işlərini həyata keçirmək.
- CCTV, yanğın siqnalizasiya, girişə nəzarət, zəif axın və elektrik sistemlərinin quraşdırılması zamanı tələb olunan metal konstruksiya və montaj işlərini yerinə yetirmək.
- Kabel traylarının, boru xətlərinin, kronşteynlərin və montaj aksesuarlarının hazırlanması və quraşdırılmasını həyata keçirmək.
- Obyektlərdə aparılan montaj işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna riayət etmək.
- Hündürlükdə aparılan işləri təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmək.
- Əl alətləri, elektrik alətləri və montaj avadanlıqlarından təyinatı üzrə düzgün istifadə etmək.
- Metal hissələrin kəsilməsi, deşilməsi, yığılması və bərkidilməsi işlərini yerinə yetirmək.
- Quraşdırılmış konstruksiyalarda və avadanlıqlarda aşkar edilmiş qüsurların aradan qaldırılmasında iştirak etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
- İş yerinin səliqəli saxlanılmasını və istifadə olunan alət-avadanlıqların qorunmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Əlavə məlumat:
- İş yeri: Azin Technology MMC
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- Əmək haqqı: Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.
Tələblər
- Yaş həddi: 25-45
- Tam orta, orta ixtisas və ya peşə təhsili;
- Çilingər, metal konstruksiya montajçısı və ya əlaqəli texniki sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə hazırlığı kursu, sertifikat və ya ixtisas sənədinin olması;
- Hündürlükdə işlərin görülməsi üzrə etibarlı sertifikatın olması;
- Metal konstruksiyaların hazırlanması, quraşdırılması və təmiri üzrə praktiki bilik və bacarıqlar;
- Elektrik alətləri və əl alətləri ilə işləmək bacarığı;
- Texniki çertyoj və sxemləri oxumaq bacarığı üstünlükdür;
- Ezamiyyətlərə getmək imkanının olması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Məsuliyyətli, intizamlı, diqqətli və komanda ilə işləmək bacarığı;
- Fiziki cəhətdən sağlam və aktiv iş rejimində çalışma qabiliyyəti.
- Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində “Çilingər-Montajçı” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərməyiniz xahiş olunur:
CV-si olmayan namizədlər özləri haqqında qısa məlumatı yazılı şəkildə 994 70 329 20 64 nömrəsinə göndərə bilərlər.
Xahiş edirik, zəng etməyin.