Bakı,
Azərbaycan
05/12/2025
-
12/12/2025
İş haqqında məlumat
- Çin dili ilə bağlı yazılı və şifahi tərcümələrin həyata keçirilməsi (texniki görüşlər, istehsalat sahəsi üzrə müzakirələr, təlimatlar və təqdimatlar)
- Çin dilində olan texniki sənədlərin, təlimatların,avadanlıq/cihaz texniki pasportlarının və məktublaşmaların Azərbaycan dilinə dəqiq tərcümə edilməsi;
- Çindən gətirilən avadanlıqların texniki pasportlarının, istismar və servis təlimatlarının oxunması, düzgün anlaşılması və texniki heyət üçün praktik istifadəyə uyğun şəkildə tərcümə edilməsi (qulluq, sazlama, servis işləri zamanı);
- Çinli mütəxəssislər və tərəfdaşlarla keçirilən görüşlərdə ardıcıl tərcümənin təmin olunması, kommunikasiya prosesinin koordinasiyası;
- Texniki heyətin ehtiyacı olduqda təlimatlandırma və məlumatlandırma işlərində dil dəstəyinin göstərilməsi;
- Tərcümə edilən materialların məxfilik tələblərinə uyğun saxlanılması və sənəd dövriyyəsi qaydalarına riayət edilməsi.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Tələblər
- Ali təhsil (filologiya, tərcümə, beynəlxalq münasibətlər, mühəndislik və ya müvafiq sahə üzrə);
- Çin dili üzrə yüksək səviyyədə yazılı və şifahi tərcümə bacarığı.
- Texniki mətnlərlə işləmə bacarığı (istehsalat/texniki xidmət/avadanlıq sənədləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Avadanlıqların texniki pasportları, istismar/servis təlimatları və texniki spesifikasiyalar üzrə Çin dilində mətnləri oxuma, anlama və terminoloji cəhətdən düzgün tərcümə etmə bacarığı;
- Azərbaycan dili və Çin dili mükəmməl; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint);
- Diqqətlilik, məsuliyyət, operativlik və komandada işləmək bacarığı;
- İşgüzar ünsiyyət və etik davranış qaydalarına riayət etmə.
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək və ya müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!