Bakı,
Azərbaycan
09/12/2025
-
16/12/2025
İş haqqında məlumat
- Sahələrin tikinti işləri üçün qəbulu proseslərində mühəndislərə dəstək olmaq, təcrübə toplamaq və icazə verilən işlərdə iştirak etmək, qüsurların aşkarlanması və həlli üçün sənədləşdirilməsi;
- İlkin sifariş və son tikinti xərclərini təhlil etmək, yaranmış fərqlərə dair hesabatlar hazırlamaq;
- Müəyyən edilmiş Qəbul Bölməsi prosesini, prosedurlarını və tapşırıqlarını yerinə yetirmək;
- Sifariş və tələblərə uyğun olaraq Azerconnect anbarına təhvil verilmiş elektrik avadanlıqlarının, materiallarının təhcizatını texniki xüsusiyyətlərinə, tələblərə uyğun şəkildə təmin edilməsini yoxlayıb, təhvil-təslim barədə analizlər etmək;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
Tələblər
- Bakalavr mühəndisliyi dərəcəsi və ya ekvivalenti (Tikinti, Radio Rabitə / Telekommunikasiya);
- Sürücülük vəsiqəsi;
- Avtomobil idarəetmə;
- Elektrik mühəndisliyi üzrə təcrübə arzu olunandır;
- Azərbaycan (səlis), İngilis (üstünlük hesab olunur);
- Kompüter proqramları: MS Office proqramları (əlavə proqram bacarıqları qiymətləndiriləcək).
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.