Mint Services MMC

Cleaning Operation Manager

Mint Services MMC
2500 ₼
2326
Tam iş günü
Bakı, Azərbaycan
08/01/2026 - 22/01/2026

İş haqqında məlumat

  • Təyin olunmuş ərazidə təmizlik əməliyyatlarının planlaşdırılması və effektiv idarə olunması.
  • Təmizlik xidmətlərinin qrafiklərinin hazırlanması və gündəlik icrasının monitorinqi.
  • Təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinə nəzarət.
  • Təmizlik avadanlıqları və vasitələrinin səmərəli və qənaətli istifadəsinin təmin olunması.
  • İşçilərin performansının, davamiyyətinin və vəzifə öhdəliklərinin izlənməsi.
  • Ərazinin təmizliyinin standartlara uyğunluğunun gündəlik yoxlanılması.
  • Tədbir və xüsusi layihələr zamanı personalın və resursların düzgün bölüşdürülməsinin təmin olunması.
  • İşçilərlə bağlı problemlərin vaxtında həlli və əməliyyatların fasiləsiz aparılmasının təmin olunması.
  • İşə qəbul, işdən çıxış və digər HR proseslərinin düzgün və vaxtında həyata keçirilməsinə cavabdehlik.
  • Direktor tərəfindən verilən digər tapşırıqların icrasının təşkil olunması və izlənməsi.

Təminatlar:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 6 günlük
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı: 2500 AZN

Qeyd: Layihənin müddəti 5 aylıqdır.

Tələblər

  • Təmizlik və əməliyyat idarəçiliyi sahəsində ən az 3 il iş təcrübəsi.
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı.
  • Keyfiyyətə nəzarət, gündəlik əməliyyatların izlənməsi və problemlərin operativ həlli.
  • Güclü təşkilati və kommunikasiya bacarıqları.
  • Məsuliyyətli, diqqətli, təşəbbüskar və stressə davamlı olması.
  • Komandada işləmək bacarığı.
  • Xarici dil biliyi üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.