Bakı,
Azərbaycan
27/02/2026
-
13/03/2026
İş haqqında məlumat
- Təyin olunmuş ərazidə təmizlik əməliyyatlarının planlaşdırılması və effektiv idarə olunması.
- Təmizlik xidmətlərinin qrafiklərinin hazırlanması və gündəlik icrasının monitorinqi.
- Təmizlik işlərinin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun həyata keçirilməsinə nəzarət.
- Təmizlik avadanlıqları və vasitələrinin səmərəli və qənaətli istifadəsinin təmin olunması.
- İşçilərin performansının, davamiyyətinin və vəzifə öhdəliklərinin izlənməsi.
- Ərazinin təmizliyinin standartlara uyğunluğunun gündəlik yoxlanılması.
- Daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət
- Tədbir və xüsusi layihələr zamanı personalın və resursların düzgün bölüşdürülməsinin təmin olunması.
- Ona təhvil verilmiş layihənin büdcəsinin düzgün idarə olunması, xərclərə nəzarət və maliyyə intizamının təmin edilməsi
- Risklərin əvvəlcədən müəyyən edilməsi və əməliyyat proseslərinə təsir edə biləcək halların qarşısının alınması
- İşçilərlə bağlı problemlərin vaxtında həlli və əməliyyatların fasiləsiz aparılmasının təmin olunması.
- İşə qəbul, işdən çıxış və digər HR proseslərinin düzgün və vaxtında həyata keçirilməsinə nəzarət.
- Direktor tərəfindən verilən digər tapşırıqların icrasının təşkil olunması və izlənməsi.
Təminatlar:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: 1800-2000 AZN
Tələblər
- Təmizlik və əməliyyat idarəçiliyi sahəsində ən az 3 il iş təcrübəsi.
- Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı.
- Keyfiyyətə nəzarət, gündəlik əməliyyatların izlənməsi və problemlərin operativ həlli.
- Güclü təşkilati və kommunikasiya bacarıqları.
- Məsuliyyətli, diqqətli, təşəbbüskar və stressə davamlı olması.
- Komandada işləmək bacarığı.
- Xarici dil biliyi üstünlükdür.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.