Bakı,
Azərbaycan
19/08/2026
-
02/09/2026
İş haqqında məlumat
Çertyoj üzrə detal hazırlama, dəzgahların sazlanması, torna və frez dəzgahlarının CNC proqramlarının idarə edilməsi üzrə təcrübəli CNC operatoru axtarılır.
- Texniki cizgiləri (çertyojları) düzgün oxumaq və detalları müəyyən edilmiş ölçülərə uyğun emal etmək;
- İş parçasını dəzgaha düzgün bərkitmək, mərkəzləmək və emal prosesində ölçü alətləri vasitəsilə ölçülərə nəzarət etmək;
- CNC proqramlarını düzgün yükləmək, işə salmaq və emal prosesini idarə etmək;
- Zərurət yarandıqda CNC proqram kodlarına müvafiq dəyişikliklər etmək;
- CNC avadanlıqları üçün hazırlanmış əməliyyat proqramlarını idarəetmə məntəqələrinə daxil etmək;
- Emal prosesinə uyğun kəsici alətləri seçmək, quraşdırmaq və zərurət yarandıqda dəyişdirmək;
- Gündəlik istehsalat planına uyğun olaraq CNC dəzgahlarının işini təşkil etmək və istehsal prosesini başlatmaq;
- İstehsal olunan məhsulların müəyyən edilmiş çeşid, növ, keyfiyyət norma və standartlarına uyğunluğunu təmin etmək;
- Görülən işlər və istehsalat prosesi barədə rəhbərliyə müvafiq məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət etmək.
Tələblər
- Müvafiq iş təcrübəsi: 2 ildən çox
- CNC dəzgahlarının idarə olunması və proqramlarının işlədilməsi, zərurət yarandıqda kodlarda dəyişikliklərin edilməsi üzrə bilik və bacarıqlar
- Texniki cizgiləri, sxemləri və çertyojları oxuma və anlama bacarığı;
- Kəsici alətlərin seçilməsi və istifadəsi üzrə praktiki biliklər;
- İstehsal olunan məhsulların müəyyən edilmiş norma və standartlara uyğunluğuna nəzarət etmək bacarığı;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək və onlara riayət etmək;
- CAD proqramlarında çertyoj hazırlamaq bacarığı üstünlük hesab olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun