Max Print

Construction Designer / İnşaat-Dizayn üzrə mütəxəssis

Max Print
2000 ₼
286
Tam iş günü
Bakı, Azərbaycan
11/09/2026 - 25/09/2026

İş haqqında məlumat

İş şəraiti

  • İş yeri: Binəqədi şossesi 10, Bakı
  • Əmək haqqı: 2000 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
  • İş qrafiki: 6/1

Vəzifə haqqında

  • Şirkətimizin həyata keçirdiyi tikinti, təmir, yenidənqurma, interyer və digər inşaat layihələrinin dizayn və texniki layihələndirilməsini həyata keçirəcək Construction Designer / İnşaat-Dizayn üzrə mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Tikinti və təmir layihələri üzrə dizayn və texniki layihələrin hazırlanması;
  • Obyektlərdə ölçülərin götürülməsi və mövcud vəziyyətin texniki ölçüləndirilməsi;
  • Layihələr üzrə 2D texniki çertyojların hazırlanması;
  • İnteryer, planlaşdırma və konstruktiv həllərin hazırlanmasında iştirak etmək;
  • Tikinti və təmir işləri üçün işçi çertyojların hazırlanması;
  • Divar, döşəmə, tavan, fasad və digər tikinti elementlərinin layihələndirilməsi;
  • Tikinti və montaj işlərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Layihə üzrə material və iş həcmlərinin müəyyənləşdirilməsinə dəstək olmaq;
  • Material sərfinin və ilkin layihə xərclərinin hesablanmasında iştirak etmək;
  • Mövcud layihələrin texniki və büdcə tələblərinə uyğun optimallaşdırılması;
  • Tikinti, mühəndislik və montaj komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Tikinti zamanı yaranan texniki məsələlərin həllində iştirak etmək;
  • Podratçılar, təchizatçılar və digər texniki şəxslərlə layihə üzrə koordinasiya aparmaq;
  • Layihələr üzrə texniki sənədlərin və spesifikasiyaların hazırlanması;
  • Layihələrin müəyyən edilmiş müddətlərə və texniki standartlara uyğun hazırlanmasını təmin etmək;
  • Bir neçə layihə üzərində paralel işləmək və prioritetləri düzgün müəyyənləşdirmək.

Tələblər

  • İnşaat, memarlıq, mühəndislik və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • AutoCAD proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
  • Tikinti və konstruksiya prinsipləri haqqında praktiki bilik;
  • Tikinti materialları və onların tətbiq sahələri haqqında anlayış;
  • Ölçü, miqyas və texniki hesablamalarla işləmək bacarığı;
  • İşçi çertyoj və texniki sənədlərin hazırlanması üzrə təcrübə;
  • Tikinti və təmir proseslərinin mərhələlərini başa düşmək;
  • İnşaat sahəsində istifadə olunan əsas konstruktiv həllər haqqında ümumi anlayış;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə layihə üzərində paralel işləmək bacarığı;
  • Sahə və obyektlərə getməyə hazır olmaq.

Üstünlük hesab olunur

  • Kommersiya və ya sənaye obyektlərinin layihələndirilməsi üzrə təcrübə;
  • Təmir və fit-out layihələrində iş təcrübəsi;
  • Fasad və interyer layihələri üzrə praktiki təcrübə;
  • Metal konstruksiyalar və konstruktiv elementlərin layihələndirilməsi üzrə bilik;
  • Elektrik, santexnika, HVAC və digər mühəndis-kommunikasiya sistemləri haqqında ümumi anlayış;
  • SketchUp, 3ds Max, Revit, SolidWorks və ya digər 3D proqramlardan birində işləmək bacarığı;
  • Tikinti materiallarının texniki xüsusiyyətlərini bilmək;
  • Smeta və material hesablamaları üzrə anlayış;
  • Tikinti layihələrinin istehsala və icraya hazırlanması üzrə təcrübə;
  • Portfolio təqdim edə bilmək.

Şirkət tərəfindən təklif olunur

  • 2000 AZN-dən başlayan əmək haqqı;
  • Namizədin bilik və təcrübəsinə uyğun əmək haqqı artımı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Müxtəlif tikinti, təmir və dizayn layihələrində iştirak imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Müxtəlif layihələr üzrə praktiki təcrübə qazanmaq imkanı;
  • Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun əmək münasibətləri.