Bakı,
Azərbaycan
30/09/2026
-
14/10/2026
İş haqqında məlumat
Anqard komandası Content Creator axtarır!
Sosial media üçün kreativ ideyalar düşünməyi, video çəkməyi, trendləri izləməyi və məhsulları maraqlı formada təqdim etməyi sevirsənsə, səni komandamızda görmək istəyirik.
Vəzifə öhdəlikləri:
- Instagram, TikTok və digər sosial media platformaları üçün kreativ kontentlərin hazırlanması;
- Reels və qısa formatlı videoların çəkilməsi və montajı;
- Məhsul və layihələrin kreativ formada təqdim edilməsi;
- Kontent üçün ideya, konsept və ssenarilərin hazırlanması;
- Sosial media trendlərinin izlənilməsi və brendə uyğunlaşdırılması;
- Kontent planına uyğun çəkilişlərin həyata keçirilməsi.
Tələblər
- Kontent yaradılması, sosial media, marketinq, kommunikasiya və ya əlaqəli sahədə 1 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Kreativ düşüncə və güclü vizual zövq;
- Telefon və ya kamera ilə keyfiyyətli video çəkiliş bacarığı;
- CapCut, Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
- Instagram və TikTok trendlərini yaxından izləmək;
- Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis
- İş saatları: 6 gün 09:00–18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 600 - 700 AZN