Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
- Video, foto, storis, mətnlər, rubrikalar və ssenarilər daxil olmaqla kontent ideyalarının hazırlanması.
- Müxtəlif platformalar üçün ssenarilər və qısa mətnlərin yazılması.
- Ofisdə və şirkətin tədbirlərində çəkilişlərin aparılması.
- Çəkiliş zamanı əməkdaşlar və spikerlərlə işləmək, kadri düzgün qurmaq və ideyanı izah etmək.
- Videomaterialın ilkin təşkil olunması: sortlaşdırma, uğurlu dublyajların seçilməsi, dizaynerə/videomontajçıya yönləndirilmək üçün qeydlərin hazırlanması.
- SMM şöbəsi ilə birgə kontent-kalendarın aparılması.
- TikTok, Instagram Reels, LinkedIn və digər platformalardakı trendləri izləmək və şirkətin fəaliyyətinə uyğunlaşdırmaq.
İnnovativ düşüncəyə sahib, dinamik və yaradıcı bir komandasına qoşulmaq istəyirsinizsə sizi Pilgrim Education ailəsinə dəvət edirik!
Xahiş olunur CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. Mövzu hissəsində qeyd edin:"Content Creator / Video Content Creator"
Tələblər
- Sosial şəbəkələr üçün video və mətn kontentinin hazırlanmasında təcrübə.
- Kamera və ya telefonla işləmə bacarığı, kadri “hiss etmə” qabiliyyəti.
- Kompozisiya, işıq və kadr quruluşu üzrə baza bilikləri.
- Kreativ düşüncə, güclü vizual zövq və stil hissi.
- Fərqli formatların (Reels, Shorts, Telegram, LinkedIn və s.) spesifikasını anlamaq.
- Üstünlük veriləcək: CapCut, Adobe Premiere, DaVinci Resolve kimi proqramlarda montaj üzrə ilkin biliklər.
- Rus dilini bilmək üstünlükdür.