Bakı,
Azərbaycan
16/03/2026
-
30/03/2026
İş haqqında məlumat
- Sosial Media üçün kreativ kontent və post ideyaları vermək, mətnlər yazmaq;
- Video kontentlər üçün ideyalar və ssenarilər hazırlamaq (Reels/TikTok);
- Kampaniyalar üçün sloqanlar üzərində iş;
- Ehtiyac olduğu halda digər reklam materialları, PR və kopirayt işləri.
Əmək şərtləri:
- maaş təcrübəsinə uyğun müzakirə olunacaq;
- iş vaxtı: həftənin 5 günü, saat 9:30-18:00
- şəhərin mərkəzində yerləşən ofis;
- işləmək üçün rahat Macbook Air noutbuku;
- rəsmi əmək müqaviləsi
Tələblər
- Mükəmməl Azərbaycan dili;
- Bu sahə üzrə ən azı 1 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);
- Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur.
Axtardığımız namizədin portreti:
- Bu şəxs ilk olaraq reklam industriyasının aşiqi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.