Bakı,
Azərbaycan
08/10/2026
-
22/10/2026
İş haqqında məlumat
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Çörək, bulka və müxtəlif un məmulatlarının hazırlanmasını həyata keçirmək;
- Xəmirin hazırlanması, mayalandırılması, formalaşdırılması və bişirilməsinə nəzarət etmək;
- Məhsulların reseptlərə və hotel standartlarına uyğun hazırlanmasını təmin etmək;
- İstifadə olunan xammalın keyfiyyətinə və təzəliyinə nəzarət etmək;
- Hazırlanan məhsulların dad, görünüş və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
- Günlük istehsal planına uyğun məhsulların vaxtında hazırlanmasını təmin etmək;
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
- İş yerinin və avadanlıqların təmizliyini və sanitariya qaydalarına uyğunluğunu təmin etmək;
- Qida təhlükəsizliyi və HACCP standartlarına riayət etmək;
- Mətbəx komandası ilə koordinasiyalı işləmək.
Tələblər
- Çörəkçi və ya çörəkçilik sahəsində minimum 2 il iş təcrübəsi;
- Hotel və ya restoran sektorunda iş təcrübəsi üstünlükdür;
- Çörək və müxtəlif un məmulatlarının hazırlanması üzrə praktiki bilik;
- Xəmirin hazırlanması və mayalanma prosesləri üzrə yaxşı bilik;
- Resept və texnoloji proseslərə riayət etmək bacarığı;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik kollektiv;
- Karyera inkişafı imkanları;
- Nahar təminatı;
- Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.