IMA Energy

Cost Controller

IMA Energy
Ə/h razılaşma ilə
432
Tam iş günü
Ağdam, Azərbaycan
24/11/2025 - 24/12/2025

İş haqqında məlumat

  • Layihə büdcəsinin hazırlanması və mərhələlər üzrə planlaşdırılması;
  • Tikinti sahəsindən daxil olan gündəlik, həftəlik və aylıq xərclərin toplanması və təhlili;
  • Material, işçi qüvvəsi, avadanlıq və subpodratçı xərclərinin davamlı olaraq izlənməsi;
  • Layihədə yaranan dəyişikliklərin (variation orders) maliyyə təsirinin hesablanması;
  • Faktiki iş həcmlərinin ölçülməsi, büdcə ilə müqayisə edilməsi və uyğunsuzluqların müəyyən olunması;
  • Smeta və faktiki xərclər arasındakı fərqlərin təhlili və rəhbərliyə hesabatların hazırlanması;
  • Subpodratçı təkliflərinin maliyyə baxımından qiymətləndirilməsi;
  • Subpodratçı ödəniş aktlarının (progress payment certificates) yoxlanılması və təsdiqi;
  • Material sərfiyyatının normativ sənədlərlə uyğunluğunun araşdırılması;
  • Sahə mühəndislərindən daxil olan məlumatların düzgünlüyünə nəzarət və sistemə işlənməsi;
  • Tikinti avadanlıq icarəsi və istifadə xərclərinin optimallaşdırılması;
  • Gecikmələr və resurs dəyişiklikləri zamanı yaranan xərc risklərinin müəyyənləşdirilməsi;
  • Layihə menecmentinə aylıq xərc proqnozlarının hazırlanması və təqdim edilməsi;
  • ERP və digər layihə idarəetmə sistemlərində məlumatların vaxtında daxil edilməsi;
  • Keyfiyyət, HSE və digər şöbələrlə koordinasiyada əlavə işlərin xərc təsirinin araşdırılması.

İş şəraiti:

  • İş yeri: Ağdam,Qərvənd kəndi;
  • İş rejimi: Tam ştat.

Şirkət təklif edir:

  • Rəqabətli əmək haqqı;
  • Stabil və peşəkar iş mühiti;
  • Karyera inkişafı və təlim imkanları.

Müraciət qaydası:

CV-lərinizi mövzu hissəsində “Cost Controller” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.

 

Tələblər

  • Maliyyə, İqtisadiyyat, İnşaat Mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində Cost Control və ya Financial Control üzrə minimum 3 il təcrübə;
  • MS Excel və maliyyə təhlili alətlərində yüksək bilik;
  • Büdcələşdirmə, smeta, layihə idarəetməsi prinsipləri barədə bilik;
  • Analitik düşüncə, detallara yüksək diqqət və dəqiq hesablama bacarığı;
  • Komanda ilə işləmək və düzgün kommunikasiya qurmaq bacarığı;
  • ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür.