Bakı,
Azərbaycan
28/09/2026
-
12/10/2026
İş haqqında məlumat
- Təşkil olunan tədbirlər barədə üzv şirkətlərin vaxtında məlumatlandırılması və şirkətlərin rəhbər şəxslərinin tədbirlərdə iştirakının təmin edilməsi;
- Üzv şirkətlər barədə çap və onlayn resurslarda yerləşdirilməsi üçün zəruri məlumatların toplanması və hazırlanması;
- Yeni layihələr və kommersiya təklifləri barədə üzv şirkətlərə məlumatların təqdim edilməsi;
- Müvafiq üzv şirkətlərə əlavə xidmətlərin təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Görülmüş işlər və nəticələr barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi;
- Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası.
Tələblər
- Azərbaycan dilini mükəmməl bilmək;
- Rus və ya ingilis dillərindən ən azı birini bilmək;
- Korporativ sahədə ən azı 1 il iş təcrübəsi;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarından və internet resurslarından sərbəst istifadə bacarığı;
- Stresli vəziyyətlərdə işləmək və operativ qərar qəbul etmək bacarığı;
- İşgüzar yazışmaların və sənədlərin hazırlanması bacarığı (görüş hesabatları, müştəri yazışmaları, rəsmi məktublar və s.);
- Rəsmi geyim qaydalarına riayət etmək.
Şərtlər:
- Rəsmi əmək müqaviləsi;
- İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00;
- Əmək haqqı: 500–700 AZN;
- KPI sistemi tətbiq olunur və nəticələrə əsasən əlavə bonuslar nəzərdə tutulur.