Bakı,
Azərbaycan
09.10.2025 02:33
-
09.11.2025 12:00
İş haqqında məlumat
- CRM sistemində (Bitrix24, Zoho, Salesforce və s.) müştəri məlumat bazasının idarə edilməsi və yenilənməsi;
- Satış və marketinq şöbələri ilə sıx əməkdaşlıq edərək müştəri məlumatlarının düzgünlüyünü təmin etmək;
- Müştəri davranışlarını analiz etmək və hesabatlar hazırlamaq;
- CRM sistemində avtomatlaşdırılmış proseslərin qurulması və izlənməsi;
- Müştəri məmnuniyyətini artırmaq üçün kampaniyaların təşkilində iştirak etmək;
- Rəhbərliyə CRM üzrə aylıq/illik hesabatların təqdim edilməsi.
İş qrafiki
- Həftə içi 5 gün, 9:00 -18:00 / nahar fasiləsi 13:00 - 14:00;
- Əməyin ödənilməsi;
- Müsahibə əsasında təyin olunacaq.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Arzum Beauty House-un peşəkar komandasının bir üzvü olmaq imkanı.
Qeydlər
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində)qeyd olunan elektron ünvanına göndərə bilərlər.
- Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində( CRM üzrə mütəxəssis) qeyd etməyiniz xahiş olunur.
Tələblər
- Ali təhsil (marketinq, biznes idarəçiliyi, İT və ya əlaqədar sahə);
- CRM sistemləri ilə işləmə təcrübəsi (Bitrix24, Zoho, Salesforce və s.);
- Analitik düşüncə və hesabat hazırlama bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Orta səviyyədə ingilis dili biliyi (üstünlükdür).