Superfon

Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

Superfon
Ə/h razılaşma ilə
327
Tam iş günü
Bakı, Azərbaycan
29/09/2026 - 13/10/2026

İş haqqında məlumat

Vəzifələr:

  • Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq;
  • Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq;
  • Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq;
  • Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək;
  • Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək;
  • Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edib təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək.

Tələblər

  • Ali təhsil (marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə);
  • Ticari marketinq, distribusiya kanalları və ya B2B/topdan satış üzrə ən azı 2 il müvafiq iş təcrübəsi;
  • Distribusiya və topdan satış kanallarında kampaniya, həcm endirimi və müştəri təşviqi mexanikalarını hazırlamaq və tətbiq etmək bacarığı;
  • İsti və sifarişli/soyuq satışın, bort satışının, satış rutlarının və pərakəndəçi münasibətlərinin iş məntiqini anlama;
  • Satış həcmi, aktiv müştəri, əhatə, orta sifariş, çeşid və kampaniya nəticələri üzrə məlumatları təhlil etmək bacarığı;
  • Kampaniya şərtlərinin qiymət, güzəşt, xərc və marjaya təsirini qiymətləndirə bilmək;
  • Excel-də sərbəst işləmək və nəticələri aydın hesabat şəklində təqdim etmək bacarığı;
  • Satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə koordinasiya və sahə komandaları ilə ünsiyyət bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət.

    Üstünlük veriləcək:
  • İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
  • Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi;
  • Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
  • İngilis dili biliyi;
  • Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
  • Şəxsi avtomobilin olması.

Şirkət tərəfindən:

  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Oxşar vakansiyalar