hrin.az
Superfon

Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

Superfon

Əmək haqqı: Razılaşma

55519 oktyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18+
SürücülükB kateqoriyası
Hərbi xidmətXidmətdən azad
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İş haqqında

Vəzifənin əsas öhdəlikləri:

  • Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq;
  • Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq;
  • Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq;
  • Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək;
  • Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək;
  • Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edərək təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək.

İş şəraiti:

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan;
  • İş rejimi: tam iş günü;
  • Əmək haqqı: namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir;

Üstünlük veriləcək:

  •        İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;
  •       Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi;
  •       Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;
  •       İngilis dili biliyi;
  •       Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;
  •       Şəxsi avtomobilin olması.

  • Şirkət tərəfindən:

    Peşəkar inkişaf və öyrənmə imkanı;
    Karyera yüksəlişi;
    Peşəkar və dinamik iş mühiti;
    Əmək müqaviləsi;