Bakı,
Azərbaycan
10.10.2025 04:16
-
10.11.2025 12:00
İş haqqında məlumat
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlanması;
- Proqnoz və nəticələrinin effektiv vizuallaşdırma üsulu ilə hesabatlarının hazırlanması;
- Məhsulları üzrə əsas göstəricilərə əsasən həftəlik, aylıq, illik hesabatların təqdim edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Data analitik üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Minimum təhsil dərəcəsi: Bakalavr (Biznes və İqtisadiyyat təhsili arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili- yaxşı, İngilis dili- yaxşı;
- Minimum təcrübə: 2 ildən çox (müvafiq sahə üzrə);
- Microsoft SQL Serverdə işləmə bacarığı;
- Power BI data modellərin qurulması və dataların vizuallaşdırılması və DAX üzrə biliklər (minimum sadə measure və calculated column yaza bilmək);
- Həm Excel həm də Power BI-da Power Query ilə işləmə bacarığı (datanın təmizlənməsi və modifikasiyası);
- Mikro ERP də işləmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Təqdimat bacarığı;
- Məsuliyyətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Data analitika üzrə sertifikatı olanlara üstünlük verilir.