Bakı,
Azərbaycan
20.08.2025 04:40
-
20.09.2025 12:00
İş haqqında məlumat
- Miqyaslana bilən və yüksək performanslı data arxitekturasını dizayn etmək və tətbiq etmək;
- Data saxlanma, emal və sorğu işləmə üçün ən yaxşı təcrübələri müəyyənləşdirmək;
- Arxitekturanın mövcud sistemlər və alətlərlə uyğunluğunu təmin etmək;
- Strukturlaşdırılmış və yarı-strukturlaşdırılmış məlumatlar üçün optimal məntiqi və fiziki data modellərinin işlənib hazırlanması və saxlanılması;
- Sorğu icra performansını artırmaq üçün indeksləşdirmə, bölmə strategiyaları və keşləmə həllərini optimallaşdırmaq;
- Tuning və performans optimallaşdırılması üzrə data mühəndislərinə rəhbərlik etmək;
- Müasir texnologiyaları (MinIO, Iceberg, Trino, Spark, ClickHouse, Kafka, NiFi, DBT) qiymətləndirmək və inteqrasiya etmək;
- Konsept sübutları (PoC) hazırlamaq və sınaqdan keçirmək;
- Arxitektura sənədlərini yeniləmək və ən yaxşı təcrübələri təmin etmək;
- Data təhlükəsizliyi, giriş nəzarəti, şifrələmə və uyğunluq siyasətlərini müəyyənləşdirmək və tətbiq etmək.
- Data idarəetmə sistemləri yaratmaq (metadata idarəetmə, data keyfiyyəti, lineage izləmə);
- GDPR, ISO 27001 və daxili qaydalara uyğunluğu təmin etmək üçün IT Təhlükəsizlik komandaları ilə işləmək.
- Data boru kəmərlərini və infrastrukturunu optimallaşdırmaq üçün aşağı gecikmə, yüksək buraxılış və dayanıqlılıq təmin etmək;
- Keşləmə, indeksləşdirmə, bölmə və paralel emal strategiyalarını tətbiq etmək;
- Artan data həcmi və iş yükü ilə effektiv işləyə bilən miqyaslana bilən sistemlər dizayn etmək;
- Data mühəndisləri, DevOps, IT və biznes komandaları ilə əməkdaşlıq edərək arxitektura tətbiqini dəstəkləmək;
- Data proqram təminatı mühəndisliyi və tuning üzrə komandanı yönləndirmək;
- Arxitektura icmalları, texniki analizlər və təlimlərə rəhbərlik etmək;
- Data boru kəmərləri və infrastruktur üçün monitorinq və müşahidə sistemlərini qurmaq;
- Sistem əlçatanlığı, sorğu cavab müddətləri və data mövcudluğu üzrə SLA-ları müəyyənləşdirmək;
- Monitorinq alətlərini daima optimallaşdırmaq və konfiqurasiyaları tənzimləmək.
Tələblər
- Ali təhsil;
- Data mühəndisliyi, Data arxitekturası, Konsaltinq, Məhsul idarəetmə, Rəqəmsal, Texnologiyalar sahələrində peşəkarlıq;
- Telekommunikasiya, Bank işi və Pərakəndə ticarət sahəsində rəhbər vəzifədə Data Arxitektor üzrə 5 ildən artıq təcrübə;
- Data Arxitektor mühəndisliyi mühitində minimum 5 illik müvafiq iş təcrübəsi ;
- Böyük Data və Saxlama: MinIO, Apache Iceberg, ClickHouse, Hadoop, Spark, Trino üzrə təcrübə;
- Data Boru Kəmərləri: NiFi, Kafka, Airflow, DBT ilə işləmə bacarığı;
- Sorğu optimallaşdırılması, indeksləşdirmə, bölmə və keşləmə strategiyalarında dərin bilik;
- ClickHouse, Trino, Spark və Kafka-nı optimallaşdırmaq təcrübəsi.