Bakı,
Azərbaycan
11.07.2025 12:00
-
11.08.2025 12:00
İş haqqında məlumat
- Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək
- Şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək;
- Daxili və xarici sistemlərin məlumatlarının yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılmasında və təkliflərin hazırlanmasında iştirak etmək;
- Statistik məlumatların toplanılması istiqamətində təkliflər hazırlamaq və icrasında iştirak etmək;
- Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatlarının inteqrasiyasında iştirak etmək;
- Şirkətin BI analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin etmək;
- Şirkətin daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməklik göstərmək;
- Məlumat anbarının (DataWarehouse) formalaşdırılmasında və OLAP (online analytical processing) sistemin qurulmasında iştirak etmək;
- Məlumat anbarının dayanıqlı işləməsinə və məlumatların etibarlı saxlanılmasına nəzarət etmək;
- Məlumatların çıxarılması, transformasiyası və toplanılması (ETL) prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;
- Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin etmək;
- BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək;
- Bİ layihələrində kənar dəstək şirkətlərini tələb olunan məlumatlarla təmin etmək;
- ETL (extract, Transform, Load) paketlərini formalaşdırmaq, dəyişikliklərini yerinə yetirmək
- Bİ sistemlərinin işini monitorinq etmək;
- Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
- Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- Təlim və sertifikat proqramlarına dəstək;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.
Tələblər
- ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi;
- Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması);
- Analitik modelin hazırlanması, inkişafı və saxlanılması;
- Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi;
- DAX üzrə biliklər;
- Power BI üzrə təcrübə;
- BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi;
- Microsoft Fabric üzrə biliklər (Təcrübə üstünlükdür);
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı.