AS Group

Data mühəndisi

AS Group
Ə/h razılaşma ilə
333
Tam iş günü
Bakı, Azərbaycan
19/08/2026 - 02/09/2026

İş haqqında məlumat

AS Group-un ERP sistemi və korporativ ekosistemində məlumatların vahid, etibarlı və analitik istifadə üçün yararlı şəkildə formalaşdırılmasını təmin etmək. Data Engineer məlumat anbarının (DWH) qurulması və inkişafı, ETL/ELT proseslərinin yaradılması, müxtəlif sistemlər arasında inteqrasiyaların təmin edilməsi, məlumatların keyfiyyətinin və sənədləşdirilməsinin təşkilinə cavabdeh olacaq.

  • ERP modulları və digər mənbələr əsasında məlumat anbarının (DWH) layihələndirilməsi və inkişaf etdirilməsi;
  • ETL/ELT məlumat axınlarının qurulması və müşayiət edilməsi, məlumatların müntəzəm və dayanıqlı yüklənməsinin təmin edilməsi;
  • ERP, korporativ portalı və xarici məlumat mənbələri arasında inteqrasiyaların qurulması;
  • Raw, staging və data marts səviyyələrindən ibarət məlumat modellərinin hazırlanması;
  • BI və idarəetmə hesabatları üçün məlumat vitrinlərinin (data marts) hazırlanması və hesabatların avtomatlaşdırılması;
  • Məlumatların keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi — tamlıq, dublikatlar və məlumatların konsistentliyinin yoxlanılması;
  • Vahid məlumat kataloqlarının və məlumat modellərinin formalaşdırılması, məlumat axınlarının və mənbələrin sənədləşdirilməsi;
  • Proqnozlaşdırma və analitika üçün məlumat dəstlərinin hazırlanması;
  • Məlumat yükləmələrinin monitorinqi, problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Biznes tələblərinin məlumat modellərinə və analitik həllərə çevrilməsində biznes və analitika komandaları ilə əməkdaşlıq.

İş şərtləri:

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü
  • İş yeri: Zahid Xəlilov küç.576

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı;
  • Stabil və peşəkar iş mühiti;
  • AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı;
  • Data istiqamətinin sıfırdan qurulmasında iştirak və arxitekturaya təsir etmək imkanı;
  • Güclü development komandası;
  • Karyera və peşəkar inkişaf imkanları.

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Tələblər

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Məlumatların emalı və pipeline-ların hazırlanması üçün Python bilikləri;
  • API və JSON/CSV/XML kimi məlumat formatları ilə işləmə bacarığı;
  • Rus dilində sərbəst ünsiyyət və yazılı nitq; İngilis dili — texniki sənədləri oxuma səviyyəsində.

Şəxsi keyfiyyətlər:

  • Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı;
  • Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı;
  • Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət;
  • Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi;
  • Komanda ilə effektiv əməkdaşlıq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun