Bakı,
Azərbaycan
22.10.2025 09:49
-
22.11.2025 12:00
İş haqqında məlumat
- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
- Digər şöbələrlə effektiv əməkdaşlıq edərək onların ehtiyaclarına uyğun məlumatların təhlil edilməsi;
- Çirkli məlumatların təmizlənməsi;
- Data və SQL sorğuların optimallaşdırılması;
- ETL proseslərin yazılması;
- Datanın məlumat anbarında (DWH) saxlanılması və idarəolunması;
- Fərqli sistemlərdən API vasitəsilə məlumatların əldə olunması, emalı və məlumat anbarına (DWH) yığılması;
- Data struktura uyğun olaraq cədvəllərarası əlaqələrin düzgün qurulması və normallaşdırma, optimallaşdırma işlərinin təşkil edilməsi;
- Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
- Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması;
- Proqnozlar və modellərin nəticələrinin vizuallaşdırılması, hesabatlarının hazırlanması;
- Şirkətin biznes məqsədlərinə uyğun olaraq dərin analizlər aparılması və düzgün nəticələr çıxarılması;
- Təşkilatın maraqlı tərəflərinə (menecment, digər şöbələr) mütəmadi hesabatlar təqdim edilməsi;
- Mürəkkəb biznes proseslərini və data modellərini çevik anlamaq;
- Müxtəlif datasetlər arasındakı əlaqələri və asılılıqları müəyyənləşdirmək.
Tələblər
- Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ya digər əlaqəli sahə üzrə təhsilin olması arzu olunandır);
- MSSQL və PostgreSQL sorğu dilləri ilə yüksək səviyyədə işləmə bacarığı;
- Böyük məlumat bazaları ilə işləmə bacarığı;
- PowerBI vizuallaşdırma proqramı vasitəsilə iş təcrübəsi;
- Power Query, Power Pivot və DAX ilə işləmə bacarıqları;
- Python, R, ETL toollar üzrə biliklərin olması;
- API ilə işləmək bacarıqları;
- Yüksək səviyyədə MS Excel biliyi olmalı;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili - səlis, ingilis və ya rus dilləri – arzuolunan;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
- Komanda ilə işləmək və sərbəst araşdırmaq qabiliyyəti;
- Güclü kommunikasiya və vaxtın idarəedilməsi bacarığı.