Bakı,
Azərbaycan
05.05.25
-
05.06.25
İş haqqında məlumat
- Müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlamaq;
- Müsahibə cədvəlini tərtib etmək və aidiyyatı şöbə ilə e-mail vasitəsiylə paylaşmaq;
- Müsahibə üçün gələn namizədləri qarşılamaq və aidiyyatı şöbəyə məlumat vermək;
- Davamiyyətin günlük izlənilməsi, gecikmə hallarının vaxtında məlumat verilməsi və qrafiklərin vaxtında tərtib edilməsi;
- Növbəli iş qrafiki əsasında çalışan əməkdaşların cəmlənmiş iş uçotunu tam və düzgün qaydada aparmaq;
- Məzuniyyət növbəliliyinin izlənilməsi v ə bunun əsasında müvafiq məlumatları uyğun şöbələrə yazılı formada ötürmək;
- Xəsətlik vərəqələrinin qeydiyyatını vaxtında və düzgün formada aparmaq və Maliyyə şöbəsinə vaxtında təqdim etmək;
- İcazələri (şəxsi və ya işlə əlaqədar) təyinatı üzrə qruplaşdırmaq;
- Aylıq icazə limitlərinə nəzarət etmək və qeydiyyatını aparmaq;
- Davamiyyətlərdə edilən dəyişiklər barədə məlumatların vaxtında qeydə alınması;
- Tabelin vaxtında Maliyyə şöbəsinə təhvil vermək;
- İşdən azad edilmiş əməkdaş barədə müvafiq şöbələrə məlumatın vaxtında ötürmək və qeydiyyat cədvəlindən silmək;
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası ƏM -nə müvafiq sənədləşmə;
- Könüllü tibbi sığorta;
- Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası;
- Nahar şirkət tərəfindən verilir;
- İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində).
Tələblər
- Uyğun sahə üzrə azı 1 il iş təcrübəsi;
- Yaş: 23-30 aralığı;
- Xanım namizədlərə üstünlük veriləcək;
- Azərbaycan dili (Rus dili arzuolunandır);
- Microsoft Office programları: Word; Excel; Outlook.
- Cəmlənmiş iş uçotunun qaydaları;
- Məzuniyyətlərin növü və uçotunun aparılması;
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin qeydiyyatı;
- Punktuallıq;
- Detallara diqqət yetirmə;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Düzgün təhliletmə və qərarvermə;
- Şəxsi və korporativ məlumatların konfidensiallığına riayət etmək;
- Nizam-intizamlı;
- Səliqəli xarici görünüş;
- Komandada işləmə bacarığı;
- Əməkdaşlara yardım göstərmək.