STP Metal Structures

Daxili Audit Meneceri

VLand Systems MMC
Ə/h razılaşma ilə
284
Tam iş günü
Sumqayıt, Azərbaycan
07/05/2026 - 21/05/2026

İş haqqında məlumat

  • Şirkətdə daxili audit funksiyasının sıfırdan qurulmasını təmin etmək (strukturun formalaşdırılması, audit nizamnaməsinin hazırlanması, hesabatlılıq mexanizmlərinin yaradılması) və funksiyanın davamlı inkişafını təşkil etmək; 
  • Daxili audit siyasət və prosedurlarını hazırlamaq və onların beynəlxalq audit standartlarına uyğunluğunu təmin etmək; 
  • Şirkət üzrə risk xəritəsini formalaşdırmaq, risklərin qiymətləndirilməsi metodologiyasını hazırlamaq və risk əsaslı audit planını tərtib etmək; 
  • Əsas biznes prosesləri üzrə daxili nəzarət sistemlərini qiymətləndirmək və effektivliyini artırmaq üçün tövsiyələr vermək; 
  • Maliyyə, əməliyyat və digər sahələr üzrə illik audit planının hazırlanmasını, icrasını və nəticələrin sənədləşdirilməsini təmin etmək, audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək; 
  • Aşkarlanmış uyğunsuzluqlar üzrə düzəldici və önləyici tədbirlərin icrasına nəzarət etmək, onların effektivliyini qiymətləndirmək və izləmə (follow-up) mexanizmini qurmaq; 
  • Audit nəticələri əsasında biznes proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün strateji tövsiyələr hazırlamaq və onların icrasına nəzarət etmək; 
  • Daxili audit komandasını formalaşdırmaq, idarə etmək və effektiv fəaliyyətini təmin etmək; 
  • Audit proseslərində rəqəmsal alətlərdən və data analitika yanaşmalarından istifadəni tətbiq etmək və inkişaf etdirmək; 
  • Audit fəaliyyətinə dair sənədləşmə sistemini formalaşdırmaq və audit sübutlarının sistemli şəkildə düzgün saxlanılmasını təmin etmək;
  • Şirkətin daxili siyasət və prosedurlara, eləcə də qüvvədə olan qanunvericiliyə uyğunluğunu monitorinq etmək; 
  • Xarici auditorlar və digər nəzarət orqanları ilə əməkdaşlıq etmək; 
  • Daxili audit funksiyasının davamlı inkişafını və effektivliyini təmin etmək; 
  • Rəhbərlik və struktur bölmələrlə sıx əməkdaşlıq edərək risk əsaslı düşüncə və daxili nəzarət mədəniyyətinin formalaşdırılmasına töhfə vermək, əməkdaşların bu istiqamətdə maarifləndirilməsini təmin etmək;
  • Şirkət daxilində dələduzluq risklərinin müəyyən edilməsi, qarşısının alınması və aşkarlanmasına yönəlmiş nəzarət mexanizmlərini qurmaq və təkmilləşdirmək.

İş şəraiti:

  • 5 günlük iş qrafiki; 08:00-17:00
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür (məsələn: ACCA, CFA, CIA və s.);
  • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində əlavə təlimlər arzuolunandır;
  • Daxili və ya xarici audit sahəsində minimum 3-5 il iş təcrübəsi (istehsalat və ya sənaye sektorunda təcrübə üstünlükdür);
  • Komanda idarəetməsi üzrə ən azı  3-5 il rəhbərlik təcrübəsi;
  • Risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemlərinin qurulması üzrə təcrübə;
  • Maliyyə hesabatlarının təhlili və uyğunsuzluqların aşkar edilməsi bacarığı; 
  • ERP sistemləri ilə işləmə təcrübəsi;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşüncə və detallara diqqət;
  • Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət; 
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları; 
  • Problemlərin həlli və qərarvermə qabiliyyəti; 
  • Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı;
  • Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi), Rus dili – üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.