Avrora Qrup

Daxili Audit Şöbəsinin Rəhbəri

Avrora Qrup
Ə/h razılaşma ilə
3214
Tam iş günü
Bakı, Azərbaycan
04.07.2025 23:46 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • İllik daxili audit planının hazırlanması və yoxlanışının həyata keçirilməsi;
  • Periodik auditlərin koordinasiya edilməsi;
  • Şöbə daxilində məsuliyyətlərin işçilər arasında bölüşdürülməsi;
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılması;
  • Risklərin və əməliyyatların analiz edilməsi;
  • Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
  • Dəlillərin müəyyən edilməsi, sübutların nəzərdən keçirilməsi və təhlil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsinin təmin edilməsi;
  • Nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
  • Şirkətdə korporativ idarəetmə prosesinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
  • Qayda və prosedurların həyata keçirilməsinin yoxlanılması və qiymətləndirilməsi;
  • İcra strukturlarının daxili idarəetmə qaydalarına və risklərə (ölçülə bilən və ölçülə bilməyən) nəzarət etməsinin yoxlanılması və qiymətləndirilməsi;
  • Aktivlərin qorunması sistemlərinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
  • Müəssisədaxili konfidensiallığın qorunmasına riayət edilməsi;
  • Audit nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar haqqında audit hesabatlarının hazırlanması və üst rəhbərliyə təqdim edilməsi;
  • Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç., 46C.

Tələblər

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
  • Əla ünsiyyət bacarıqları – həm yazılı, həm də şifahi (xüsusilə hesabat yazmaq);
  • İdarəetmə bacarığı;
  • Planlaşdırma bacarığı;
  • Konfliktlərin idarə olunması bacarığı;
  • Yüksək dürüstlük, obyektivlik bacarığı;
  • Təhsil: Ali (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Audit sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: MS Windows proqramları ilə işləmək bacarığı;


Oxşar vakansiyalar